Rusiyanın daha bir hərbi gəmisi sıradan çıxdı

2022-04-25 11:11:00

Rusiyanın daha bir hərbi gəmisi sıradan çıxdı

Rusiya Sərhəd Xidmətinin Sahil Mühafizəsinə məxsus 22460 layihəli "Rəsul Həmzətov" patrul gəmisi sıradan çıxıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Defense Express” məlumat yayıb.

Məlumata görə, gəmi Volqa-Don kanalı vasitəsilə Xəzər dənizindən Azov dənizinə keçən zaman zədələnib. Bildirilib ki, yedək gəmisi kanaldan çıxaran zaman gəminin sükan və vint hissələrini zədələyib. Ehtiyat hissələri olmadığı üçün gəmini təmir etmək hələ mümkün deyil.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya