Bu zərbələr Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi “Pauçina” (Tor) əməliyyatının bir hissəsi hesab olunur. Daha əvvəl müstəqil mənbələr tərəfindən aparılan analizlər nəticəsində Rusiyanın “Belaya” və “Olenya” aviabazalarında ümumilikdə azı 11 strateji bombardmançının sıradan çıxarıldığı bildirilmişdi.
SBU isə ümumilikdə 41 rus hərbi təyyarəsinin məhv edildiyini bəyan edib.
Bununla yanaşı, 4 iyun tarixində bir neçə Qərb jurnalisti X sosial şəbəkəsində Ukrayna FPV-dronları ilə çəkilmiş və A-50 tipli radar kəşfiyyat təyyarələrinin məhvini əks etdirdiyi iddia olunan kadrlar gördüklərini bildirib. Lakin bu videolar hələ ictimaiyyətə təqdim edilməyib və yayımlanan peyk görüntüləri ilə bu iddialar rəsmi təsdiqini tapmayıb.
AzPolitika.info