Saat:04:54
Haqqımızda

Rusiyanın casus şəbəkəsinin İFŞASI İLƏ BAĞLI ARAŞDIRMALAR BAŞLAYIB

2024-01-30 12:46:06

Rusiyanın casus şəbəkəsinin İFŞASI İLƏ BAĞLI ARAŞDIRMALAR BAŞLAYIB

Xaqani Cəfərli: "Jurnalistlər Dmitri Qladeyin FSB zabiti olduğunu sübut ediblər və o, Rusiyanın təcəvüzkar siyasətinə haqq qazandırmağa çalışması ilə diqqəti çəkib"

"Araşdırmaları ilə məşhur olan bolqarıstanlı jurnalist Xristo Qrozev, amerikalı jurnalist Mixail Vays və rusiyalı jurnalist Roman Dobroxotov Avropa Parlamentinin Latviyadan olan deputatı Tatyana Jdanokun Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) işlədiyini sübut edən jurnalist təhqiqatı ilə çıxış ediblər. Təhqiqat zamanı sübut olunub ki, Tatyana Jdanok MDB Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) direktoru Dmitri Qladey vasitəsilə FSB-ə işləyib". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli deyib. 

Politoloqun sözlərinə görə, jurnalistlər Dmitri Qladeyin FSB zabiti olduğunu sübut ediblər: "Tatyana Jdanok Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdən imtina edərək Moskvanın təcəvüzkar siyasətinə haqq qazandırmağa çalışması ilə diqqəti çəkib. "The Insider" internet resursu Tatyana Jdanokla bağlı təhqiqatı yaymaqla Rusiyanın casus şəbəkəsinin ifşası ilə bağlı araşdırmaların dərcinə başladığını bildirib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000301