Saat:23:57
Haqqımızda

"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" - XAQANİ CƏFƏRLİ

2024-03-27 13:45:44

"Bu qədər deqradasiya etmiş cəmiyyətin dövləti uzun müddət yaşaya bilməz"

""Krokus Siti"də baş verən terrordan sonra Rusiyanın rəy liderlərinin, ictimai-siyasi xadimlərinin münasibətini izləməyə çalışıram. Aşkar görünən budur ki, Rusiyanın ictimai-siyasi mühitində elə bir vəziyyət yaranıb ki, insanlar diktatora terrorçudan daha çox nifrət edirlər. Aleksandr Nevzorov Putin və İŞİD-i əkiz qardaşlar adlandırır. Cəmi bir gün ərzində youtube-də təxminən, bir milyon dəfə izlənilən bu videoya yazılan şərhlər çox böyük əksəriyyətin Nevzorovun fikirlərini dəstəklədiyini göstərir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, Nikolay Konaşenok adlı birisi isə sosial şəbəkələrdə "terrorçular hədəf kimi niyə Kremli yox, ticarət mərkəzini seçib" yazmaqdan da çəkinmir: "Bütün bunlar diktaturanın nəticəsi olan zorakılığın, ədalətsizliyin, hüquqsuzluğun Rusiya cəmiyyətində nə qədər dərin yaralar doğurduğunu, bunun nəticəsində cəmiyyətin nə qədər deqradasiya etdiyini göstərir. Bu qədər deqradasiya etmiş cəmiyyətin dövləti uzun müddət yaşaya bilməz. Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR