Saat:00:19
Haqqımızda

RUSİYANIN “BİLOJİ SİLAH” İTTİHAMINA İRƏVANDAN CAVAB! – “Biolaboratoriyalarda yalnız Ermənistan vətəndaşları işləyir…”

2022-05-19 14:13:00

RUSİYANIN “BİLOJİ SİLAH” İTTİHAMINA İRƏVANDAN CAVAB! – “Biolaboratoriyalarda yalnız Ermənistan vətəndaşları işləyir…”

“Ermənistan biolaboratoriyaları beynəlxalq qanunlara və respublikanın maraqlarına uyğun fəaliyyət göstərir, burada yalnız Ermənistan vətəndaşları işləyir”.

Bu barədə cümə axşamı keçirilən brifinqdə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Onun sözlərinə görə, bioloji təhlükəsizlik məsələləri həmişə Ermənistan və Rusiyanın təhlükəsizlik şuralarının diqqət mərkəzində olub, İrəvan və Moskva bu istiqamətdə sıx əməkdaşlıq edir:

“Rusiyalı tərəfdaşlarımız tərəfindən verilən bütün suallar tam cavablandırılıb. Ermənistanla Rusiya arasında biotəhlükəsizliklə bağlı memorandum var, bu sənəd həm də əməkdaşlığımızı tənzimləyir”.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Ermənistandakı səfirliyi “respublikada Ukraynada biolayihələrdə iştirak edən strukturların olduğunu” bildirmişdi. Rusiya diplomatik missiyasının bəyanatına görə, biotəhlükəsizliyə dair memorandumun icrası kontekstində Ermənistan və ABŞ arasında bioloji sahədə, o cümlədən hərbi idarələr vasitəsilə qarşılıqlı əlaqəyə dair daxil olan məlumatlarla bağlı suallar qalmaqdadır.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR