Rusiyanın baş ravvini: Lavrov üzr istəməlidir

2022-05-04 14:00:00

Rusiyanın baş ravvini: Lavrov üzr istəməlidir

Xarici işlər naziri Sergey Lavrovun yəhudilər arasında antisemitlərlə bağlı söylədiyi fikirlərə görə üzr istəməsi yaxşı olardı.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın baş ravvini Berl Lazar deyib.

Lazar bildirib ki, bundan sonra insident nizamlanacaq:

“Mənim Rusiya diplomatiyasının rəhbərinə məsləhət verməyə haqqım yoxdur, amma o, yəhudilərdən üzr istəsə və sadəcə olaraq öz səhvini etiraf etsə, yaxşı olardı”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Lavrov İtaliyanın “Mediaset” kanalına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib hə hər ikisinin yəhudi köklərinin olduğunu deyib. O, həmçinin bildirib ki, ən qızğın antisemitlər məhz yəhudi xalqından çıxıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya