Rusiyanın Baş naziri Azərbaycana gəldi

2022-11-17 17:55:00

Rusiyanın Baş naziri Azərbaycana gəldi

Rusiya Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana səfərə gəlib. 

Hurriyyet.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar. (report)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.127881