Rusiyanın 9 vilayətinə kütləvi PUA hücumu edildi
2025-05-21 14:25:36
.jpg)
Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə ölkə üzərində Ukraynanın 127 ədəd PUA-sını məhv edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Bryanskda 41, Oryolda 37, Kurskda 31, Moskvada 6, Vladimirdə 5, Ryazanda 3, Belqorod, Tula, Kaluqa vilayətlərinin əraziləri və Qara dəniz üzərində 1 ədəd PUA məhv edilib.
axar.az
