Saat:23:52
Haqqımızda

Rusiyanın 9 şəhəri vurulacaq: 5 milyon əhali təhlükədə

2024-09-17 15:35:37

Rusiyanın 9 şəhəri vurulacaq: 5 milyon əhali təhlükədə

Ukrayna icazə alarsa, Rusiyanın 9 böyük şəhəri və 4,7 milyon əhalisi uzaqmənzilli Qərb raketlərinin hədəfinə düşəcək.

Hurriyyet.az xəbər verir verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, uzaqmənzilli raketlərin hədəf zonasına Rostov (1,14 milyon) və Voronej (1,046 milyon) kimi iki milyonluq şəhər də daxil olacaq:

“Bundan başqa, Qərb raketləri hazırda HİMARS raket sistemlərinin əhatə dairəsindən kənarda olan 436 min nəfərin yaşadığı Kurska çata biləcək. Eləcə də müvafiq olaraq 296 min və 373 min nəfər əhalisi olan Oryol və Bryansk şəhər mərkəzləri, Azov dənizinin sahilində yerləşən Taqanroq şəhəri (245 min nəfər) uzaqmənzilli silahların hücumuna məruz qala bilər. Lipetsk (486 min nəfər), Smolensk (312 min) və Kaluqa (329 min) də ATACMS raketlərinin (300 km) əhatə dairəsindədir. Amma 250 km-ə qədər məsafə qət edən Britaniyanın “Storm Shadow” raketləri bu şəhərlərə çatmaya bilər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192987