Saat:02:03
Haqqımızda

“Rusiyanı yeni Çeçenistan gözləyir” – Britaniyadan xəbərdarlıq

2022-01-21 13:41:00

“Rusiyanı yeni Çeçenistan gözləyir” – Britaniyadan xəbərdarlıq

Hurriyyet.az dw.com (Deutsche Welle – “Alman dalğası”) saytına istinadla  xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər naziri Liz (Elizabet) Trass Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə çox böyük strateji səhv edəcəyini söyləyib. Nazir xəbərdarlıq edib ki, Rusiya Ukraynada da Əfqanıstan ilə Çeçenistan müharibəsindəkinə bənzər münaqişəyə cəlb oluna bilər. Liz Trass Avstraliyanın Sidney şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib: “Kreml tarixdən dərs götürməyib.  İşğal yalnız onu dəhşətli bataqlığa çəkəcək, insan həyatlarının itkisinə səbəb olacaq. Eynilə sovet-əfqan müharibəsində və Çeçenistanla münaqişədə olduğu kimi”.

“Qardian” nəşrinin yazdığına görə, o, Britaniyanın öz müttəfiqləri ilə birlikdə bundan sonra da Ukraynanı dəstəkləməyə davam edəcəyini bildirib və əlavə edib: “Şərqi Avropada baş verənlər bütün dünya üçün əhəmiyyətə malikdir”. 

Nazir qeyd edib ki, hazırda Ukraya ətrafında yaranmış böhranı liberal demokratiyalar ilə avtokratiyalar arasında daha irimiqyaslı münaqişənin bir hissəsi kimi görür. O, Rusiya ilə Çinin bu qəbildən ölkələr olduğunu söyləyib: “Avtokratiyalar soyuq müharibə dövründən bəri görünməmiş dərəcəyə çatıblar. Onlar diktaturanı bir xidmət kimi bütün dünyaya ixrac eləməyə çalışırlar. Məhz buna görə də, Belarus, Şimali Koreya və Myanma kimi rejimlər öz yaxın müttəfiqlərini Moskva ilə Pekində tapırlar”.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR