Saat:04:19
Haqqımızda

Rusiyanı qoruyan “əl” geri çəkildi: Mövqelər sarsılıb, yeni hədəf odur

2024-11-22 12:24:13

Rusiyanı qoruyan “əl” geri çəkildi: Mövqelər sarsılıb, yeni hədəf odur

Rusiya-Ukrayna müharibəsinin yenidən aktiv fazaya daxil olması bir çox ölkənin diqqətini regiona cəlb edib. Ekspertlərin fikrincə, NATO Çinin Avrasiyadakı ən böyük forpostunu dağıdır. Pekinin hazırda təmkinli davranması xüsusi izlənilir.

Qərbin “Üç muşketyoru” – ABŞ, Britaniya və Fransanın Rusiyaya Ukrayna üzərindən hücumu Çinin regional və qlobal mövqelərini sarsıtması kimi dəyərləndirilir.

Pekin bu gərgin mənzərəni nə vaxta kimi sakit seyr edəcək? Müharibənin gedişatında Rusiyaya açıq dəstək verə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, ABŞ, Fransa və Böyük Britaniyanın Ukraynaya dəstəyini artırması, dolayı yolla Rusiyanı sıxışdırması Pekin-Moskva tandemində qırılma yaradır:

“Məsələ ondadır ki, Çin Rusiyaya qarşı yaranan təzyiqin fərqindədir. Hətta prosesin Moskva üçün xoş gələcək vəd etmədiyini də bilir. Özünün də hədəfə gəlməməsi səbəbindən belə vaxtlarda məsafəli, bəzənsə vecsiz davranır.


Turab Rzayev

Vəziyyətin bu formada olması müəyyən mənada Çinə sərf edir. Pekin düşünür ki, Qərbin təzyiqi Rusiyaya yönəldiyi bir vaxta o, Tayvan ilə bağlı addımlar ata bilər. Yəni Rusiyaya qarşı təzyiqlərin artması Çin üçün nəfəs alma deməkdir.

T.Rzayevin sözlərinə görə, digər tərəfdən Çin, İran və Rusiya Qərbə qarşı ittifaq halında çıxış edirlər.

“O baxımdan bu üçlünün ətrafında yeni dövlətlərin cəmlənməsi düşünülürsə, ilk növbədə özləri bir-birinə yardım etməlidir.
Rusiya çökər, ya da məğlub olarsa, hədəfin Pekin olması gözləniləndir. Çin hökuməti bunu nəzərə alıb kritik anda Rusiyaya qeyri-rəsmi də olsa yardım edə bilər”.

Xatırladaq ki, Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı İranı, Şimali Koreyanı, Çini müharibədə Rusiyaya hərbi dəstək verməkdə ittiham edib.

Onun sözlərinə görə, Ukrayna ilə savaşan artıq Rusiya deyil:

“Şimali Koreyadan olan əsgərlər Ukraynanın qarşısında dayanır. Artıq Ukraynada İran “Şahidləri” heç bir tərəddüd etmədən dinc insanları qətlə yetirir. Şimali Koreya istehsalı olan raketlər artıq Ukraynaya uçur və bunu açıq şəkildə bəyan edirlər. Ukraynada Çin mərmiləri partladılır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.240994