Rusiyalıların Avropaya cəmi bir yolu qaldı – Finlandiya da Rusiya ilə quru sərhədini bağlayır
2023-11-16 17:56:09

Cümə günündən etibarən Finlandiyanın cənub-şərq sərhəd keçid məntəqələri bağlanacaq.
Hurriyyet.az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo bəyan edib.
Baş nazir bunu ölkənin təhlükəsizliyi və kütləvi qaçqın axını ilə izah edib. Beləliklə də Rusiya ilə sərhəddəki 4 keçid məntəqəsi cümə günü gecədən etibarən fəaliyyətini dayandıracaq.
Xəbərdə qeyd olunur ki, bundan sonra “Şengen vizası” olan rusiyalılar üçün Avropaya cəmi bir quru yolu qalır, o da Murmansk vilayətindən Norveçə keçməklə.
AzPolitika.info
