Rusiyalılar ölkədən qaçır: Səfərbərlik qərarından sonra təyyarə biletləri tükənib

2022-09-21 16:50:00

Rusiyalılar ölkədən qaçır: Səfərbərlik qərarından sonra təyyarə biletləri tükənib

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra beynəlxalq aviabiletlərə tələb artır.

Hurriyyet.az “Bloomberg”ə istinadən xəbər verir ki, bilet satışı ilə məşğul olan şirkətlərdən toplanan məlumata görə, Rusiyadan uçuşların davam etdiyi bir çox ölkəyə sentyabrın 21-nə olan biletlər tükənib.

Digər tərəfdən, “Google”nin məlumatlarına görə, Rusiyada "təyyarə bileti", "bilet" və "xaricdə" kimi terminlər üçün internet axtarışlarında ciddi artım müşahidə olunub.

Xatırladaq ki, bu gündən Rusiyada qismən səfərbərlik elan edilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu qismən səfərbərlik çərçivəsində ümumilikdə 300 min ehtiyat əsgərin xidmətə çağırılacağını bildirib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055410