Saat:08:36
Haqqımızda

Rusiyalı senator zorlamada ittiham olunur - Putinin partiyasında qalmaqal

2024-07-03 12:45:11

Rusiyalı senator zorlamada ittiham olunur - Putinin partiyasında qalmaqal

Rusiyada hakim “Vahid Rusiya” partiyası ilə bağlı ciddi qalmaqal yaranıb. Bu hadisə Ukraynada davam edən müharibə fonunda böyük səs-küyə səbəb olub. Çünki söhbət hakim partiyanı təmsil edən senatorun bir qadını zorlamasından gedir.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Leninqrad vilayətindəki klinikalardan birinin xanım əməkdaşı “Vahid Rusiya”nın senatoru Aleksandr Brıksini zorlamada ittiham edib.

Mətbuatın yazdığına görə, qız tibb müəssisəsində masajçı işləyir və Brıksin onun müştərisi olub. İyunun 21-də o, qızı “suda masaj seansları üçün” Moskvaya dəvət edib. Senator ona “beh” kimi 50 min rubl da ödəyib. Qıza “Merkuri” otelində otaq verilib. Daha sonra senator onu yaxtada gəzməyə dəvət edib, orada da həmin hadisə baş verib.

“Baza” kanalının yazdığına görə, qız senator tərəfindən zorlandığını deyərək, hüquq-mühafizə orqanlarına müraciət edib.

Brıskin “Vahid Rusiya” Partiyasının üzvü olmaqla yanaşı, Kemerovo vilayətinin Güləş Federasiyasına rəhbərlik edir. Həmçinin o, “Hannekard - RUS MMC” şirkətinin təsisçisidir. 2021-ci ilin oktyabrında o, Kursk Vilayət Dumasından Rusiya Federasiya Şurasının üzvü, yəni, senator təyin edilib.

Bu hadisə həm də onu göstərir ki, sıravi rusiyalılar Ukraynada ölümə göndərilərkən, Rusiya hakim elitası öz kefindədir…

“AzPolitika.info”   

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.140492