Rusiyalı politoloq Bakıda Putini dəstəkləyən konfrans keçirmək istəyib: - Üstəlik də 500 manat …

2022-05-30 14:22:00

Rusiyalı politoloq Bakıda Putini dəstəkləyən konfrans keçirmək istəyib: - Üstəlik də 500 manat …

Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov növbəti dəfə Bakıya gəlib. Ancaq bu dəfə onun Bakıda etdiyi təklif birmənalı qarşılanmayıb.

Hurriyyet.az cebhe.info-ya istinadla xəbər verir ki, Oleq Kuznetsov jurnalist Eynulla Fətullayevə müraciət edərək Bakıda Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən mətbuat konfransının təşkilini təklif edib:

“Rusiya Silahlı Qüvvələrinin Ukraynada xüsusi hərbi əməliyyatını dəstəkləyəcəyim konfransda onun itirəcəyi heç nə yoxdur. Rusiyada sayt bloklanıb, ölkəyə girişi 50 il müddətinə mümkün deyil. Çox qalmaqallı olacaq”.

O.Kuznetsov buna görə 500 manat qonorar da istəyib.

Politoloqun Rusiyanı Ukraynadakı müharibəsini dəstəkləyən konfrans üçün Bakını məkan olaraq seçmək istəməsi sosial şəbəkələrdə narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri bunu məqbul hesab etməyiblər.

Jurnalist Eynulla Fətullayev isə hələlik Oleq Kuznetsova cavab verməyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya