Rusiyalı ekspertdən açıqlama: Türkiyə Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verən nəqliyyat qovşağına çevrilir.

2022-08-04 15:11:00

Rusiyalı ekspertdən açıqlama: Türkiyə Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verən nəqliyyat qovşağına çevrilir.

Türkiyə Rusiya üçün sanksiyalardan yan keçməyə imkan verən nəqliyyat qovşağına çevrilir. Bu fikirləri Rusiyalı şərqşünas Kirill Semyonov Putin və Ərdoğanın Soçidə sabahkı görüşündən gözləntilərini "Sputnik Azərbaycan"a açıqladığı müsahibəsində bildirib. 
Türkiyə mövcud situasiyada Rusiyanın həqiqətən də iş görə biləcəyi tərəfdaşdır. Təbii ki, Ankaranın özü bundan faydalanır, pul qazanır.
Sanksiyalardan yayınma prosesində ABŞ-la Aİ Rusiya ilə əlaqəyə mane olmağa çalışsalar, Türkiyə onların qarşısına sərt sədd qoymaq üçün özünü təmin edən güclü ölkədir.
İndi Rusiya və Türkiyə liderlərinin qarşısında mühüm vəzifə durur - sanksiyalardan sonrakı əməkdaşlığı gücləndirmək.
Putin və Ərdoğan çox güman ki, Soçidə müzakirə olunacaq bir sıra məsələləri həll etməlidirlər: Suriya nizamlanması, kürd birləşmələrinə qarşı əməliyyat və ikitərəfli gündəmdəki bəzi məqamlar.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058988