Saat:00:43
Haqqımızda

Rusiyadan Ukraynaya qarşı həmlə: "Əməliyyat keçirməyə hazırlaşır"

2021-09-22 00:23:00

Rusiyadan Ukraynaya qarşı həmlə:

Rusiyanın “Qərb-2021” hərbi təlimləri zamanı istifadə etdiyi silahları qiymətləndirən amerikalı mütəxəssislər hesab edirlər ki, Rusiya əməliyyatlarını Ukraynaya doğru genişləndirə bilər.

Rusiya və Belarusun 10-16 sentyabr tarixlərində keçirdiyi böyük masştablı birgə təlimlərin gündəmdə qalması davam edərkən Rusiyanın bu ilin martında keçirdiyi və iki ay davam edən təlimlər ABŞ-da narahatlıqla qarşılanmışdı.

Təlimləri şərh edən ABŞ-ın qabaqcıl kəşfiyyat mütəxəssislərinə görə, kosmosdan belə görünən kütləvi tüstü bombaları Rusiyanın əməliyyatları Ukraynanın içinə doğru genişləndirmə hazırlığı həyata keçirdiyini göstərir.

ABŞ-ın müdafiə jurnalı “Defense One”də yayımlanan məqalədə Rusiyanın Krım yaxınlarında keçirdiyi və kosmosdan belə görünən başqa bir təlimlərdən bəhs edilib.

Mart-may ayları arasında keçirilən və kosmosdan görünən təlimlərdə əvvəlki təlimlərlə müqayisədə tüstü bombalarından gen-bol istifadə edilib.

ABŞ-ın “Coğrafi-məkan analizi” şirkəti Orbital Insightın peyklərindən əldə edilən məlumatlar sözügedən məqalədə ilk dəfə paylaşılıb. Kadrları şərh edən kəşfiyyat mütəxəssisi Dan Sollerin fikrincə, Rusiyanın bu qədər genişmiqyaslı və tüstü bombardmanı təlimi keçirməsinin yeganə səbəbi Ukraynada əməliyyatlarını genişləndirməyə hazırlaşmasıdır.

Görüntülərdə Rusiyanın bir yandan Krımın qərbindəki Novofedorivkada böyük hərbi baza qurduğu anlaşılır.

Mütəxəssis Dan Soller böyükmiqyaslı tüstü bombalarının son dərəcə bahalı olduğunu deyib: “Təlimlər zamanı 100 minə qədər əsgərin bölgədə olduğu düşünülərsə, Rusiyanın Ukraynanın içlərinə doğru əməliyyat edəcəyini göstərmək məqsədilə gerçəkləşən təlim adlandırmaq olar”.  \\Teleqraf

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR