Rusiyadan Paşinyana cavab

2022-12-22 15:48:00

Rusiyadan Paşinyana cavab

Hurriyyet.az “Gazeta.ru” portalına istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhmərmalılarının öz öhdəliklərini yerinə yetirmədikləri barəsində bəyanatını şərh edib. Peskov jurnalistlərə açıqlamasında bildirib ki, sülhməramlılar (müvəqqəti yerləşdikləri – red.) Qarabağ ərazisində asayişin təmin edilməsi üçün mümkün olan hər şeyi edirlər və imzalanmış razılaşmalara ciddi şəkildə əməl edirlər.

Peskov deyib: “Rusiya sülhməramlıları işlədikləri ərazilərdə asayişi və sakitliyi təmin eləmək üçün mümkün olan hər şeyi edirlər. Onlar sırf ölkələr arasında imzalanmış sənədlərin hərfinə və məğzinə uyğun şəkildə fəaliyyət göstərirlər”.

Peskovun sözlərinə görə, Rusiya bu məsələni erməni tərəfi ilə müzakirə eləməyə davam edəcək.

Qeyd edək ki, Paşinyan Rusiyanın sülhməramlı kontingentinin 2020-ci il 9 noyabr tarixli razılaşmalarda qeyd edilmiş öhdəliklərini yerinə yetirmədiklərini bəyan edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.135645