Rusiyadan Pakistana ilk qaz nəqlinin vaxtı açıqlandı

Sövdələşmədə dollardan istifadə edilməyib
“Pakistan axını” layihəsinin reallaşdırılmasına başlana bilər
Hurriyyet.az “Vesnik Kavkaza” portalına istinadla xəbər verir ki, aprel ayından etibarən Rusiya nefti Pakistana tədarük ediləcək. Moskva xam nefti güzəştli qiymətə İslamabada satacaq. Sövdələşmənin milli valyutalarla aparılması razılaşdırılıb.
İlk neft tədarükü 3-8 aprel tarixində reallaşacaq. Bu barədə məlumatı Pakistanın neft naziri Musadik Malik verib.
Gələcəkdə Rusiyanın Pakistanın neft tələbatının 35%-nə qədərini ödəyə biləcəyi bildirilir.
Rusiya Pakistana həm də sıxılmış təbii qaz, boru kəməri ilə qaz, dizel, benzin və digər yanacaq növlərini satmağı planlaşdırır.
2015-ci ildə bu iki ölkə arasında “Pakistan axını” qaz kəmərinin çəkilməsi ideyası irəli sürmüşdü. Pakistanla Rusiya bu strateji layihənin inşasına 2023-cü ildə başlamaq niyyətindədirlər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya