Rusiyadan NATO-ya XƏBƏRDARLIQ: "Sizi 30 dəqiqəyə yox edərik!"

2022-05-09 12:35:00

Rusiyadan NATO-ya XƏBƏRDARLIQ:

Rusiyanın Ukrayna işğalını davam etdirdiyi sırada rəsmi Moskvadan NATO-ya xəbərdarlıq mesajı göndərilib.

Hurriyyet.az xəbər verir ki, Roskosmos Dövlət Kosmik Fəaliyyət Təşkilatının (Roskosmos) rəhbəri Dmitri Roqozin "Nüvə müharibəsi başlayarsa, NATO ölkələri 30 dəqiqə içərisində yox ediləcək", deyib. 

O bildirib ki, buna imkan verilməməlidir, çünki qarşılıqlı nüvə hücumlarının nəticələri dünya üçün çox ağır olardı:

"Ona görə də biz bu iqtisadi və hərbi cəhətdən daha güclü olan düşməni ənənəvi üsullarla məğlub etməli olacağıq”.

Sənayenin dərhal hərbi məqsədlərə xidmət edəcək şəkildə dizayn edilməsinin mühümlüyünü bildirən D. Roqozin, "Belə bir qələbə ölkənin ordu ilə tam həmrəyliyi və dövlət iqtisadiyyatının səfərbərliyi ilə mümkündür", - deyə diqqətə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Dmitri Roqozin ABŞ-ı vura bilən nüvə raketləri ilə bağlı açıqlaması ilə gündəmə gəlib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya