Rusiyadan NATO-ya açıq mesaj

2021-09-15 17:00:00

Rusiyadan NATO-ya açıq mesaj

Hurriyyet.az  “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib: “NATO ilə sentemental, yaxud da yarımisterik deyil, peşəkar şəkildə danışıqlar aparmağa hazırıq”.

Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən KTMT xarici işlər və müdafiə nazirlərinin görüşündən sonra çıxış edən Lavrov Orta Asiyadakı ölkələrdən Rusiyaya təhlükə risklərini aradan qaldırmaq üçün Əfqanıstandakı Taliban hakimiyyəti ilə əlaqə saxlanıldığını və NATO ilə peşəkar danışıqlara hazır olduqlarını bildirib. 

Lavrov Əfqanıstandakı Taliban hökumətinin hələlik heç bir ölkə tərəfindən tanınmadığını söyləyərək deyib: “Hər şeydən əvvəl təhlükəsizlik, vətəndaşların hüquqları və diplomatik missiyaların normal iş prosesinin təmin edilməsi başda olmaqla, mövcud problemlərlə bağlı hamı Taliban ilə əlaqə saxlamaq lazım olduğu deyilir. Lakin hələlik heç kəs Talibanı tanımağa tələsmir”.

Lavrov Taliban ilə bağlı heç bir şərt irəli sürmədiklərini, terrorçuluqla, narkotik qaçaqmalçılığı ilə mübarizə hədəflərini Talibanın özünün açıqladığını bildirib. 

Eyni zamanda Lavrov Talibanın qonşu ölkələrdə qeyri-sabitlik yaratmaq niyyətinin olmadığını və tərəflərin geniş şəkildə təmin olunacağına dair təminat verdiklərini xatırladıb.