Rusiyadan Ermənistana xəbərdarlıq

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollar qədərində azala bilər.
RF Baş nazirinin müavini Aleksey Overçuk Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında İrəvanın avrointeqrasiya kursunun RF ilə Ermənistan arasındakı ticarətə mənfi təsir göstərə biləcəyini, 2025-ci ilə ticarət dövriyyəsinin 6 milyard dollar həcmində azala bilcəəyini bəyan edib.
Overçuk qeyd edib ki, ticarət həcminin azalması maneələrlə, həmçinin qarşılıqlı hesablaşma problemləri ilə əlaqədardır.
Hökumət başçısının müavini deyib: "Yuxarı Lars"da buraxılış məntəqələrinin sayını artırmaq lazımdır. Bu günlərdə böyük tıxaclar qeydə alınır. Bununla belə, Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakı ölkədə dayanıqlı iqtisadi inkişafı təmin edir".
Overçuk İrəvanın avrointeqrasiya kursunun fəsadları nəticəsində ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 2 milyard dollar qədərində azaldığını, Avrasiya İqtisadi İttifaqına üzvlüyün isə 10 il ərzində Ermənistanda adambaşına ÜDM-nin 3,8 min dollardan 8,5 min dollara qədər artdığını bildirib.
Hürr Tərcüman
