Saat:03:13
Haqqımızda

Rusiyadan Əliyevin Ukrayna səfərinə reaksiya

2022-01-20 14:28:00

Rusiyadan Əliyevin Ukrayna səfərinə reaksiya

Ukrayna və Azərbaycan da daxil olmaqla, ikitərəfli əlaqələrin qurulması iki ölkənin suveren hüququdur.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna səfəri ilə bağlı açıqlamasında deyib.

“İkitərəfli münasibətlərin qurulması hər bir dövlətin suveren hüququdur. Bu əlaqələrin və təmasların üçüncü ölkələrə qarşı yönəlməməsi vacibdir. Biz həm başqa ölkələrlə əlaqələrimizi qurmaqda bu prinsipial mövqedən çıxış edirik, həm də tərəfdaşlarımızdan da analoji yanaşma gözləyirik”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, İlham Əliyevin Kiyevə səfəri yanvarın 18-də Rusiya və Azərbaycan liderləri arasında Bakının təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı müzakirə olunub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR