"Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək" - ŞAHİN CƏFƏRLİ

2022-05-31 15:40:00

"İlin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 90 faizindən imtina olunacaq"

"Avropa Birliyi liderləri Rusiya neftinə mərhələli embarqo barədə razılığa gəlib. Bir aydan çoxdur neft qadağasının da daxil olduğu 6-cı sanksiya paketinin qəbuluna imkan verməyən Macarıstanı razı salmaq üçün belə bir formul tapılıb: Rusiyadan dəniz yolu ilə alınan neftdən imtina olunacaq, boru xətti ilə idxal isə davam edəcək". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi qeyd edib ki, dəniz vasitəsilə idxal olunan neft AB-nin Rusiyadan aldığı neftin üçdə ikisindən çoxunu təşkil edir: "İlin sonuna qədər ümumilikdə Rusiyadan satın alınan neftin 90 faizindən imtina olunacaq. Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə Rusiyanın neft ixracının 42%-i Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da atıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7%-ni təmin edir".

Şahin Cəfərli onu da əlavə edib ki, altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı "Sberbank" SWİFT sistemindən təcrid edilib: "Bundan başqa, AB Ukraynaya 9 milyard avro yardım ayırıb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya