Rusiyadan Avropa İttifaqının viza qadağasına kəskin reaksiya - "Nəticəsiz qalmayacaq”

2022-09-01 17:13:00

Rusiyadan Avropa İttifaqının viza qadağasına kəskin reaksiya -

Rusiya Avropa İttifaqının (Aİ) rusiyalılara viza qadağası tətbiq olunması ilə bağlı qərarəna sərt reaksiya verib. 

Xatırladaq ki, Aİ diplomatiyasının rəhbəri Josef Borrell Praqada nazirlər şurasının iclasından sonra bəyan edib ki, Rusiya ilə viza rejiminin sadələşdirilməsinə tamamilə son qoymaq üçün siyasi razılaşma əldə ediblər.

Bununla belə bəzi Rusiya vətəndaşları Aİ ölkələrindən turist vizaları ala biləcəklər. Baltikyanı ölkələr, Polşa Rumıniya isə rusiyalılarla bağlı daha sərt qadağalar tətbiq edəcəklərini açıqlayıb.

Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Avropa İttifaqının Rusiya ilə asanlaşdırılmış viza rejimini dayandırmaq qərarı nəticəsiz qalmayacaq.

"Buna cavab olaraq Moskva “ayağına güllə atmaq” qərarı verən Brüsselə qarşı gözlənilməz tədbirlər görə bilərik”, - nazir müavini əlavə edib.

“Aİ-nin Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini pozması, yayınması və ya ondan çıxması nəticəsiz qalmayacaq. Əgər Brüsseldə yenə də özlərinə atəş açmaq qərarına gəliblərsə, bu, onların seçimidir”, – Qruşko bildirib.

O əlavə edib ki, Rusiya ilə hava və digər kommunikasiyaları dayandıran Aİ vətəndaşlarını Rusiyada işləməkdən məhrum edir: “Bu, barbarlıqdır və “Maarifçi Avropa” üçün ayıbdır. Maraqlıdır, finlər Sankt-Peterburq-Helsinki dəmir yolunu metal qırıntısına çevirəcəklərmi? Qərb ölkələri Helsinki Yekun Aktına hərəkət və məlumat azadlığı haqqında müddəalar daxil etməyə çalışırdılar. “Avtoritar SSRİ” bununla razılaşdı. İndi isə Aİ hasarlar tikməklə məşğuldur”.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060479