Rusiyadan Avropa açıqlaması: Moskva məsuliyyət daşımır

2022-01-15 15:44:00

Rusiyadan Avropa açıqlaması: Moskva məsuliyyət daşımır

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak, nə Rusiyanın, nə də “Qazprom” şirkətinin Avropadakı enerji böhranına görə məsuliyyət daşımadığını bildirib.

Novak deyib: “Açığı, Beynəlxalq Enerji Agentliyi kimi nüfuzlu beynəlxalq təşkilatın rəhbərinin bu gün avropalı isteklakçıların yaşadığı problemləri xəstə başdan sağlam başa yükləməyə çalışan açıqlaması bizi bir az təəccübləndirdi. Burada əlbəttə ki, nə “Qazprom”un, nə də Rusiyanın heç bir günahı yoxdur”.

Novak qeyd edib ki, Avropada enerji böhranının baş verməsinə qışın uzun sürməsi təsir edib. Buna görə də, Avropada yeraltı anbarlardakı qazın böyük həcmi istifadə edilib. Bundan başqa, dünya iqtisadiyyatı dirçəlməyə başladığından ilk növbədə, ABŞ-ın ixrac elədiyi sıxılmış qaz Asiya bazarlarına aparılıb.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin başçısı Fatih Birol Avropanın qaz bazarındakı güclü gərginliyinin səbəbinin Rusiyanın davranışı olduğunu, Avropadakı qaz qıtlığının əsas səbəbkarının isə “Qazprom” olduğunu bəyan eləmişdi.

Dünən Avropadakı qaz qiymətləri təkrar artıb və min kubmetr qazın qiyməti 100 dolları ötüb.

Avropadakı yeraltı qaz anbarlarındakı qaz ehtiyatları hazırda tutum həcminin 56%-ni təşkil edir. Bu da son 5 ilin ortalama rəqəmindən 15 faiz azdır.

Hürr Tərcüman