Rusiyadan açıqlama: “Türkiyə ilə müzakirələrə hazırıq”
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Federal Hərbi və Texnoloji Əməkdaşlıq Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev Rusiya istehsalı olan Su-35 və Su-57 hərbi təyyarələrinin satışından danışarkən deyib: “Ankara belə bir qərar verərsə, müzakirələrə hazırıq”.
Türkiyənin Müdafiə Sənayesinin rəhbəri İsmail Demir bu günlərdə televiziya kanalına müsahibəsində ABŞ-ın F-35 təyyarələrindən sonra F-16 təyyarələrinin satışını donduracağı təqdirdə, Türkiyənin Rusiyadan Su-35 və Su-57 hərbi təyyarələrini satın ala biləcəyini söyləyib.
Demirin açıqlamasınıdan sonra Rusiyanın Federal Hərbi və Texnoloji Əməkdaşlıq Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev “RİA Novovsti” agentliyinə müsahibəsində Ankaranın Su-35 və Su-57 markalı rus qırıcılarını satın almağa qərar verəcəyi halda, Rusiyanın müzakirələrə hazır olduğunu söyləyib.
Hürr Tərcüman