Rusiyadan AÇIQLAMA! Hər an hərbi müdaxilə edə bilər

2021-11-26 12:50:00

Rusiyadan AÇIQLAMA! Hər an hərbi müdaxilə edə bilər

 

Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Rusiya qüvvələrinin Ukrayna sərhədində toplaşmasının Avropa İttifaqı ilə ABŞ-ın diqqətini çəkdiyi bir zamanda Rusiyadan məsələ ilə bağlı ən dəqiq açıqlama Kremlin müşaviri Fyodor Lukyanovdan gəlib. Lukyanov NATO-nun Ukraynanın İttifaqa qatılmasına qətiyyən icazə verməyəcəyinə dair kəskin təminat verməyəcəyi təqdirdə Rusiyanın Ukraynaya hücum edəcəyini açıqlayıb. 

NATO isə bunun cavabında “İstənilən hücuma hər zaman hazırıq” açıqlaması verib.

ABŞ Dəniz Piyadalarının rəhbəri general Simon Doran “Teleqraf” nəşrinə açıqlamasında Rusiyanın təcavüz edəcəyi təqdirdə NATO-nun cavab verməyə hər zaman hazır olduğunu bildirərək deyib: “Bütün ortaqlarımıza və müttəfiqlərimizə, çağırış zamanı yanında olacaqlarına təminat veririk. Qlobal miqyasda aqressiyalara hər zaman müdaxilə eləməyə hazırıq”.

Lukyanovun sözləri Rusiyanın Ukrayna sərhədlərinə hərbçi və silah-sursat yığmasının səbəbləri barəsində indiyə qədərki ən aydın açıqlamadır.

Hürr Tərcüman