Rusiyadan 19 ölkə ilə bağlı VACİB QƏRAR - Martın 5-dən...
2023-02-21 17:14:00

Rusiyanın baş naziri Mixail Mişustin Türkiyə də daxil olmaqla 19 ölkənin vətəndaşlarına yalnız mehmanxana və ya digər yerləşdirmə obyektlərinin rezervasiyası əsasında 6 aya qədər çoxdəfəlik turist vizası almaq hüququ verən fərman imzalayıb.
Hurriyyet.az xəbər verir ki, fərman Rusiya hökumətinin rəsmi saytında dərc olunub.
Qərara əsasən, Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Şimali Koreya, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Oman, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə və Filippin qeydiyyatdan keçmiş Rusiya otellərində etdikləri rezervasiyalarla 6 aylıq çoxgirişli Rusiya vizası ala biləcəklər.
Qərarın martın 5-dən qüvvəyə minəcəyi vurğulanıb.
Musavat.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya