Rusiyada yüksək vəzifəli erməni polis öldürülüb
2021-07-24 17:41:00
Rusiyanın Stavropol şəhərinin yüksək vəzifəli polis əməkdaşı, erməni Ruslan Abovyan güllənərək öldürülüb. Məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, Ruslan Abovyan Stavropolda polis şöbələrindən birində Cinayət-axtarış idarəsi rəisinin müavini işləyirdi. Hadisə gecə saatlarında baş verib. Onda 9 güllə yarası aşkar edilib. O, yaralı halda xəstəxanaya çatdırılıb, lakin həkimlər onu xilas edə bilməyib. Qətlin törədilməsi ilə bağlı 1977-ci il təvəllüdlü Zaurbek K. barəsində axtarış elan edilib.