Saat:08:37
Haqqımızda

Rusiyada yaşayan, sahibkar Teymur Qurbanovun Baş Prokurora Müraciəti

2021-08-04 13:05:00

Rusiyada yaşayan, sahibkar Teymur Qurbanovun Baş Prokurora Müraciəti

 Rusiya Federasiyasının Perm vilayətində yaşayan, sahibkar Hacı Teymur Qurbanovun

 

  Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

 

                                          M Ü R A C İ Ə T İ

 

Hörmətli Baş Prokuror !

 

Perm vilayətinin Solikamsk şəhərində meşə ağaclarının emalı, taxta istehsalısatışı üzrə sahibkarlıqla məşğulam. Bu sahədə uğurlar qazanmaqla bərabər, öz nüfuzumla vilayət rəhbərliyinin və ictimaiyyətinin də etimadına nail olmuşam. Sizə müraciətimin səbəbi, ailəmizin düçar olduğu bəla və həyatımız üçün təhlükə yaradan mütəşəkkil bir dəstə üzvlərinin qanunazidd əməlləridir. Həyat yoldaşım Elyana Qurbanovanın bu barədə şikayəti əsasında Bakı ŞBPİ-nin Binəqədi RPİ-nin İstintaq şöbəsində 18.03.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 128. maddəsi ilə (bədən xəsarəti yetirmə) 210040179 №-li cinayət işi, Sizə müraciət etdikdən sonra isə, 03.05.2021-ci il tarixdə, Cinayət Məcəlləsinin 178.2.2., 178.2.4. maddələri ilə (dələduzluq) 210040299 №-li cinayət işi başlanılaraq istintaqı aparılır. Həmin dəstə üzvlərindən biri - bizə özünü “korrupsiya prokurorluğunun hüquqşünası və baş prokurorun bacısı oğlu” kimi təqdim etmiş və Elyana Qurbanovanı “məhkəmədə iştirak etmək” adı ilə aldadaraq RF-dan Bakı şəhərinə gətizdirmiş, əvvəlki cinayətləri ört-basdır etmək məqsədi ilə, 29.01.2021-ci il tarixdə onun həyatına sui-qəsd təşkil etmiş Əliyev Çingiz Alı oğlu istintaq tərəfindən həbs edilmişdir. Göstərdiklərimlə bütün tədbirlərin görüldüyü təsəvvürünü yaratsa da, əslində istintaq ləng aparılır, zərərçəkmiş Elyana Qurbanovanın ifadəsi üzrə bütün faktlar tamdürüst araşdırılmır, şahidlər dindirilmir, digər günahkar şəxslər istintaqa cəlb olunmurlar. Xüsusən də, 29 yanvar tarixdə onun həyatına qəsd etmiş, lakin “istintaqa məlum olmayan, naməlum maskalı şəxs” ötən 6 aydır ki, guya müəyyənləşdirilmir. Halbuki, zərərçəkmiş Qurbanova Elyananı gecə yarı həmin yerə aparan Çingiz Əliyev yolda daimi həmin “maskalı şəxs”lə telefonıa danışmış, idarə etdiyi avtomobili bunanın qaranlıq küncündə saxlyaraq, telefonla ona “biz çatdıq” deməklə, elektron düymə ilə qapıları açaraq Elyanaya hücum edilməsinə şərait yaratmış, lakin təsadüf nəticəsində bıçaq zərbələrindən qurtulan Elyana sağ qalmışdır. Təşkil etdiyi sui-qəsdin baş tutmadığını görən Çingiz Əliyev, “maskalı şəxs”in guya ona da qarnından 3 bıçaq zərbələrini yetirldiyini imitasiya etməklə, küçədə kömək haraylayan Elyananı yenidən maşına əyləşdirərək, “şikayət etsək, bizi öldürəcəklər” deyərək, guya qanı axa-axa, maşını idarə etmiş, Elyananı gətirib, arvadına, bacısına, yeznəsinə və anasınatəhvil verərək, heç yerə buraxmamaq tapşırmış, özü isə, guya xəstəxanaya getmişdir. Lakin, az sonra, onun və bu əməllərdən xəbəri olan qohumlarının yalanları üzə çıxmışdır. Bütün bunlara rəğmən, “maskalı şəxs”i polisin “müəyyənləşdirə bilməməsi” ən azı gülünc deyilmi? Əslində isə, sanki, hansısa bir qüvvə istintaqa maneçilik törədir, işin aparılmasını ləngidir və hadislərin gedişatını başqa istiqamətə yönəltməyə çalışır.

 

Hörmətli Baş Prokuror !

Bu müraciətimlə məqsədim, əsil səbəbləri mənə sonradan məlum olmuş müəyyən faktları olduğu kimi göstərməklə bərabər, hadisələrin mahiyyətini tam-dürüst açıqlamaq və nəzarətinizə götürmüş olduğunuz cinayət işlərinin ləng aparılmasının səbəblərini diqqətinizə çatdırmaqdır. Elyana Qurbanovanın da şikayətində göstərmiş olduğu əməllər həmin bu mütəşəkkil dəstənin üzvləri tərəfindən bir neçə illər öncədən məqsədyönlü olaraq başlanmışdır. Onların niyyətləri isə bizim Rusiyanın qarlı-şaxtalı çöllərində illər ərzində min-bir əziyyətlə qazandığımız əmlakımızı-pulumuzu əlimizdən çıxarmaq olmuşdur. Belə ki, əslən Şərur rayonunun Xok kəndindən olan Məmmədov Cabbar Məmməd oğlu yaşadığım və işlədiyim Solikamsk şəhərində illər öncə mənimlə tanış olub, yaxınlıq edərək, xoş münasibət yaradaraq etibarımı qazanmağa nail olmuşdur. Bir müddət sonra isə, Cabbar Məmmədov məni ailəmlə Bakı şəhərinə oğlunun toyuna dəvət etmişdi. Təyin olunan günü gələ bilməyəcəyimi bildikdə isə, mənim iştirak etməyim üçün, Cabbar hətta oğlunun toy gününü başqa günə keçirmişdi. Beləliklə, ailəmlə Bakıya toya gəldik, məclisdə Cabbar Məmmədov məni qardaşı qızının əri - polkovnik Rahib və onun qardaşı general Sahib Mirzəyevlərlə tanış edib, hər ikisinin Daxili İşlər Nazirliyində yüksək vəzifə tutduqlarını dedi. Səhərisi günü RF-na qayıtmalı olsaq da, Cabbar Məmmədov bizi Rahib Mirzəyevin evə qonaq dəvət etdiyini təkidlə deyib biletlərimizi qaytartdırdı. Bizim üçün verilən ziyafətdə Cabbar Məmmədovla Rahib Mirzəyev “Avropa bankında iki miyon avro pulları olduğunu və taxta alverinə qoşulmaq istəklərini” bildirərək, onlarla şərikli işləməyi təkid etdilər. Mən razılaşdım və Rusiyaya qayıdan kimi, danşığımıza görə, taxta materiallarını vaqonlarla Bakıya - Cabbar Məmmədovla Rahib Mirzəyevə yollamağa başladım. Lakin, onlar “bankda problem var” deməklə məni inandırıb pulumu yollamadılar və hətta əlavə tələb də irəli sürdülər. Yəni, Cabbar Məmmədov mənə dedi ki, Bakı şəhərində olan mənzillərimi, "Avropa bankından çıxarılacaq iki milyon avronun zəmanəti olaraq, etibarnamə ilə müvəqqəti girov kimi” Rahib Mirzəyevə verməliyəm. Heç nədən şübhələnmədiyim üçün bu tələbi də dərhal yerinə yetirdim. Çünki, onlar and içirdilər ki, “taxtanı göndərsən, Bakıda monopoliya yaradarıq, Avropa bankından 2 milyon avronu çıxaran kimi pulunu yollayacağıq”. Rahib Mirzəyevin özünün və qardaşı general Sahib Mirzəyevin, o cümlədən Cabbarın oğlu Kənan Məmmədovun Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə olmağına, xüsusən də bizi evlərində təkidlə qonaq edərkən, söhbət zamanı and içərək “kişi kimi söz veririk” demələrinə inanandığım üçün, mən özümdə olan və bir çox sahibkarlardan da nisyə aldığım taxta materiallarını vaqonlarla Bakıya - Cabbar Məmmədova və Rahib Mirzəyevə yollamağı davam etdim. Lakin, vaxt keçəndən sonra pulu vermədikləri üçün, göndərişi saxlayıb borcu ödəməyi tələb etdikdə, Cabbar Məmmədov əvvəlcə öz qudası Pənahov Tariyel Həsən oğlunu, sonra qaynı Elnuru üstümə “razborka”ya göndərməklə, sonra isə, özü mənimlə telefonla danışaraq hədə-qorxu gəldi ki, “Rahib və Sahib Mirzəyev qardaşları sənin bu hərəkətlərini cavabsız qoymayacaqlar, onlar ölkə rəhbərliyinin nəzərindədirlər və “kəsdikləri başa sorğu-sual yoxdur”, ona görə də Bakıya gələn kimi səni aeroportda qarşılatdırıb başına torba keçirtdirib gətirdəcəklər, üstündən ya silah, ya da narkotik tapılacaq”. Cabbar Məmmədovla Rahib Mirzəyev fırıldaq əməlləri ilə mənim Bakı şəhərində olan iki mənzilimi əlimdən çıxardılar və onlara yollamış olduğum təxminən 2 milyon ABŞ dolları dəyərində taxta materialının pulunu vermədilər. Elə buna görə də yaranmış olan böyük məbləğdə dövlətə vergi borcunu tam ödəyə bilmədiyim üçün, bir sahibkar kimi ölkədən çıxışıma məhdudiyyət qoyulmuşdur və o vaxtdan Azərbaycana gələ bilmirəm. Bütün bu hadisələrlə bağlı, həyat yoldaşım Elyana Qurbanova Bakıda olub, DİNnə qəbula yazılarkən, orada ona yaxınlaşıb özünü “korrupsiya prokurorunun hüquqşünası” kimi təqdim etmiş və az sonra isə yenə özünün “baş prokurorun doğma bacısı oğlu olduğunu və işləri onun köməyi ilə yoluna qoyacam” deməklə Elyana Qurbanovanı inandırıb qəbuldan uzaqlaşdıran, sonradan isə, ona qarşı törədilmiş sui-qəsdin təşkilatçısı olan həmin şəxsin - Əliyev Çingiz Alı oğlunun Rahib Mirzəyevlə Cabbar Məmmədovun adamı olduğu məlum oldu. Çünki, Çingiz Əliyev vaxtı ilə bizi inandırmaq üçün Elyana Qurbanovanı Rahib Mirzəyevlə telefon vasitəsi ilə “üzləşdirib dindirmişdi” (səs yazısı saxlanır). Çingiz Əliyev Bakıdan mənimlə telefonla danışaraq işləri yoluna qoymaq, yəni mənizllərimi qaytarmaq və yeni mənzillərlə əvəz etmək, məhkəmə xərcləri, hakimlərə vermək üçün, “dayısı baş prokuror”un bağ evləri və digər vacib məsələlər üçün bizdən külli miqdarda pul və 4 vaqon taxta tələb edib almışdır (sənədlər saxlanılır). Çingiz Əliyev telefonla mənə “Elyana təcili Bakıya gəlib məhkəmədə iştirak etməlidir, amma bu barədə heç kim bilməməlidir” dediyi üçün, Elyana Qurbanova 11.11.2020-ci il tarixdə Bakı şəhərinə gedib və Çingiz Əliyev onu bəhanələrlə aldadaraq vaxtı uzadıb. Nəticədə isə, 29.01.2021-ci il tarixdə gecə yarı Çingiz Əliyev “mənzilini alan gəlib təcili getməliyik” deməklə Elyana Qurbanovanı aldadaraq yuxarıda göstərdiyim sui-qəsdi təşkil etmişdir. Sui-qəsdin baş tutmadığını gördükdə, Çingiz Əliyev Elyana Qurbanovanı qorxudaraq öz evində arvadı-anası və bacısı-yeznəsinin nəzarətində saxlamaqla, onun şikayət etməsinə bir müddət mane ola bilsə də, 07 fevral tarixdə onun DİN-nin “102” xidmətinə şikayət etdiyini bilən kimi gizlənmişdir. Elyana Qurbanovanın həyatına sui-qəsd olduğu halda, Binəqədi RPİ-nin istintaq şöbəsində “yüngül bədən xəsarəti yetirmək”lə bağlı cinayət işi başlanmş, digər cinayət əməlləri isə nəzərə alınmamışdır. Lakin, çoxsaylı şikayətlərlə bağlı, göstərdiyim kimi, Baş Prokurorluq işə qarışdıqdan sonra, 03 may tarixdə, yəni 3 ay sonra digər maddələr üzrə cinayət işi başlansa da, istintaq lazımi səviyyədə aparılmır və əhəmiyyət kəsb edən bir çox vacib məsələlər araşdırılmır. Səbəbi isə odur ki, hadisələrin hamısı Binəqədi rayonu ərazisində baş vermişdir və şikayət olunan şəxslərdən biri - Məmmədov Cabbarın qardaşı qızının əri və təəsüflər olsun ki, artıq bu gün üçün həyatda olmayan, bir neçə gün öncə xidməti kabinetidə tabel silahı ilə öz həyatına son qoyan Rahib Mirzəyev Binəqədi rayonu 4-cü Polis şöbəsinin rəisi olmuşdur. Ondan və digərlərindən şikayət olunduğuna Cabbar Məmmədov Elyana Qurbanovanı haqlı tələbindən çəkindirmək üçün, hadisə ilə bağlı internet resurslarında yayılmış yazılara görə Elyana Qurbanovanı əsassız olaraq məhkəməyə vermişdir. Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədov Mingəçevir şəhərində daimi qeydiyyatda olan və orada yaşayan Elyana Qurbanova haqqında əsassız olaraq xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147.2. maddəsi ilə 2(012)- 3250/2021 №-li cinayət işi başlamışdır. İlk məhkəmə iclasında şikayətin Abşeron rayon məhkəməsinə aidiyyətinin olmadığı barədə, həmçinin şikayətçi Cabbar Məmmədovun məhkəməyə Elyana Qurbanovaya irəli sürülən ittihama dair ümumiyyətlə heç bir sübut təqdim etmədiyi üçün işə baxılmasının mümkün olmadığı barədə vəsatəti qəbul etməyən hakim Elman Məmmədov sifarişlə hərəkət etdiyini açıq-aşkar biruzə vermişdir. Buna sübut, Cabbar Məmmədovun vəkilinin şikayətə aidiyyəti olmayan çoxsaylı, əsassız və qanunsuz vəsatətlərinin hakimin məmuniyyətlə dinləməsi və sözsüz qəbul etməsidir. Buna misal olaraq, Elyana Qurbanovanın Qarabağ Müharibəsi Veteranı olması və baş çavuş rütbəsində Ağdam səhra hospitalında cərrahiyyə üzrə tibb bacısı kimi xidmət etməsinə dair sənədlərinin saxta olmasını sübut etmək üçün Müdafiə Nazirliyinə məhkəmə sorğusu verilməsi barədə Cabbar Məmmədovun vəkilinin vəsatətini hakim dərhal qəbul etdi. Halbuki, işə aidiyyəti olmamamsı bir kənara, vəkil özü bu sorğunu etməli olduğu halda, vəsatət verilməsi üçün hakimlə əvvəlcədən sövdələşdikləri açıqaşkar bilindi. Elyana Qurbanova özündə olan hərbi biletini, Veteran kitabçasını və digər çoxsaylı sənədləri, fotoşəkilləri hakimə təqdim etsə də, hakim Elman Məmmədov bunu nəzərə almadı və məhkəməni öz istədiyi istiqamətdə davam etdirdi. Hakimin bu və digər qanunsuz hərəkətləri barədə ölkə rəhbərliyinə, Məhkəmə Hüquq Şurasına, Ombudsmana və digər müvafiq ünvanlara şikayət edilmişdir. Hörmətli Baş Prokuror, Göstərdiklərimlə nəzərə çatdırmaq istəyirəm ki, bu həmin Cabbar Məmmədovdur ki, vaxtı ilə etibarımı qazanmaq üçün oğlunun da toy gününü mənə görə dəyişmiş və “taxta alverinə qoşulmaq” üçün məni ailəmlə qohumu Rahib Mirzəyevin evində qonaq edib, iş qurmaq üçün arvadları da xahiş etmişdilər. Əgər mən haqsız olsaydım, Cabbar Məmmədovla Rahib Mirzəyev 2 ilə yaxın Bakı şəhərində şikayətlər edən Elyana Qurbanovanın qarşısına çıxardılar, yenə onu öz evlərinə qonaq aparıb, arvadları ilə birlikdə Hacı xanım Elyana Qurbanovanın qarşısına Quran kitabı qoyub and içərdilər ki, bizim mənzilləri, milyonlar məbləğdə pulumuzu mənimsəməyiblər. Hətta, mən Azərbaycana gələ bilmədiyim üçün, bütün xərcləri öz üzərimə götürməklə onların hamısını Solikamsk şəhərinə dəvət etmişəm ki, gəlib vaxtı ilə öz evlərində mərhum valideyinlərinin ruhuna, övladlrının canlarına and içdikləri kimi, mənim də evimdə and içsinlər ki, mən haqsızam, bax onda mən onların bütün əməllərin bağışlardım, bir Elyana Qurbanovaya törədilmiş sui-qəsddən başqa. Üzə çıxaraq, vaxtı ilə özlərinin dediyinə görə “kişi kimi” danışmaq əvəzinə, Cabbar Məmmədov öz qohumu Rahib Mirzəyevlə mənə vurmuş olduqları milyonlar məbləğində maddi zərəri qaytarmamaq üçün və öz əməllərini ört-basdır etmək üçün, Bakı şəhərində müxtəlif ünvanlara şikayətlər edən həyat yoldaşım Elyana Qurbanovanı aradan götürmək məqsədi ilə, əlaltıları Çingiz Əliyevin vasitəsi ilə onun həyatına suiqəsd təşkil etdimişlər. Bunu deməyə əsas verən odur ki, 2020-ci ilin avqust-sentyabr aylarında Çingiz Əliyev “dayısı baş prokurorun”adından onun bağ evinin tikintisi üçün taxta materialı sifariş vermişdi və mənim Rusiyadan Bakı şəhərinə Çingiz Əliyevin adına yolladığım taxta materialları yüklənmiş vaqonları və sənədləri məhz Cabbar Məmmədovla Çingizin bacısı Sevincin əri Fərid qəbul etmişdilər. Bu isə onların əlbir olduqlarına təkzibolunmaz sübutdur. Cabbar Məmmədov indi də müxtəlif vasitələrdən istifadə etməklə istintaqın aparılmasın maneçilik törədir, Elyana Qurbanovanı əsassız olaraq sifarişlə məhkəmələrə cəlb etməklə qorxuzub haqlı tələbindən çəkindirmək istəyir. Cənab Baş Prokuror, Barələrində müraciət etdiym bu mütəşəkkil dəstə üzvləri bir neçə il ərzində, ümumilikdə təxminən 3.000 000 (üç milyon) ABŞ dolları dəyərində olan, yəni özümün və başqa sahibkarlardan nisyə aldığım taxta materiallarını, Bakı şəhərində mənə məxsus iki mənzili və xüsusilə külli miqdarda nəğd pullarımızı fırıldaqçılıqla əlimizdən alıb mənimsəmişlər və hal-hazırda bəzi faktlar üzrə cinayət işləri başlanmış olsa da, göstərdiyim kimi bütün faktlar tam-dürüst araşdırılmır, şahidlər dindirilmir, digər günahkar şəxslər istintaqa cəlb olunmurlar. Odur ki, müraciətimi nəzərə alaraq, haqq-ədalətin bərqərar olunmasında kömək etməyinizi Sizdən xahiş edirəm. ƏVVƏLCƏDƏN SİZƏ TƏŞƏKKÜR EDİRİK!

 

Hörmətlə, Hacı Teymur Qurbanov RF, Perm vilayəti, Solikamsk şəhəri

 

NUH.az  

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR