Rusiyada Ukrayna ərazisindən taxıl oğurlamağa rəsmən icazə verildi...-RƏZALƏT

2022-04-28 13:12:00

Rusiyada Ukrayna ərazisindən taxıl oğurlamağa rəsmən icazə verildi...-RƏZALƏT

Rusiya Federasiyasının Krasnoyarsk diyarının Qanunvericilik məclisinin deputatları regionun ərzaq problemini Ukraynanın işğal olunmuş ərazilərindən kənd təsərrüfatı məhsullarının qanunsuz tədarükü yolu ilə həll etməyə qərar veriblər.

Hurriyyet.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Krasnoyarsk diyarının Qanunvericilik məclisinin saytında bildirilir.

"İclasda deputatlar qismən Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarətinə götürülən Xerson vilayətindən taxıl idxalına dair qərarı demək olar ki, yekdilliklə dəstəkləyiblər. Belə ki, diyarda cəmi bir xiyar istehsalı müəssisəsi olduğundan xarici sanksiyaların tətbiqi nəticəsində digər tərəvəz və taxıl bitkilərinin qıtlığı kəskinləşib. Xerson vilayətində fermerlərin ötənilki və cari məhsul artıqlığının özününküləşdirilməsi kiçik biznesə, istehlak kooperativlərinə köməklik alətlərindən birinə çevriləcək”, - deyə məlumatda bildirilir.

Yerli Rusiya komitəsinin rəhbəri Vladislav Zıryanov bildirib ki, Rusiya Federasiyasının digər regionlarından olan həmkarları gələcəkdə belə təcrübəni uğurla həyata keçirə bilərlər.

Qeyd edilir ki, dərc olunandan bir neçə saat sonra Ukrayna ərazisindən taxılın müsadirə olunması ilə bağlı press-reliz rəsmi internet saytından silinib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya