Saat:12:52
Haqqımızda

Rusiyada təşviş: İki Amerika bombardmançı təyyarəsi ölkənin hava sahəsinə tərəf gəlib

2024-03-25 17:43:37

Rusiyada təşviş: İki Amerika bombardmançı təyyarəsi ölkənin hava sahəsinə tərəf gəlib

Rusiyanın Barents dənizi üzərindən ölkə sərhədinə yaxınlaşan iki Amerika strategiyalı bombardmançı təyyarənin qarşısının alındığı açıqlanıb.

Hurriyyet.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ölkənin nəzarət təchizatı Rusiyanın hava sahəsinə yaxınlaşan bir qrup təyyarə təsbit edib. Təyyarələri müəyyənləşdirmək və hər hansı pozuntunun qarşısını almaq üçün "MiQ-31" döyüş təyyarəsi göndərilib.

“Rusiya qırıcı təyyarəsinin ekipajı hava hədəfinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir cüt B-1B strateji bombardmançı təyyarə olduğunu müəyyən edib”, - deyə məlumatda bildirilir.

Həmçinin bildirilib ki, Rusiyanın dövlət sərhədi pozulmayıb. Rusiya döyüş təyyarəsinin manevrləri beynəlxalq qaydalara tam uyğun və təhlükəsizlik tədbirlərinə riayət edilməklə həyata keçirilib.

ABŞ rəsmiləri hələlik bəyanatı şərh etməyiblər.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205857