Rusiyada səfərbərlikdən qaçmaq üçün bir biletə 650 min ödədilər - FOTO

2022-09-23 14:36:00

Rusiyada səfərbərlikdən qaçmaq üçün bir biletə 650 min ödədilər - FOTO

Rusiyada qismən səfərbərlik elan edilməsindən sonra ölkə vətəndaşları Antalya, İstanbul, İzmir, Dubay, Daşkənd, Bakı, Tbilisi, İrəvan və Astana kimi şəhərlərə üz tutublar.

Hurriyyet.az xəbər verir ki, çərşənbə günündən etibarən Moskvadan və Rusiyanın digər şəhərlərindən Antalyaya olan reyslərə biletlər sürətlə tükənib. Sıx tələbata görə, aviabiletlərin qiyməti 10 dəfədən çox artıb.

Bildirilib ki, bu gün Moskva Domodedovo hava limanından Antalyaya yola düşəcək təyyarənin son oturacağı 650 min 859 rubla, yəni təxminən 19 min manata satılıb.

Qeyd edilib ki, şənbə günü uçuşlar üçün bilet qiymətləri isə 500 min rubla (təxminən 14 min 400 manat) çatıb.

olke.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.051733