Rusiyada şaxta qəzası: Direktor, müavini və rəis saxlanıldı

2021-11-26 00:21:00

Rusiyada şaxta qəzası: Direktor, müavini və rəis saxlanıldı

Rusiyanın Kemerova vilayətində “Listvyajnaya” şaxtasında baş verən faciəvi qəzadan sonra obyektin direktoru, onun birinci müavini və şaxta rəisi saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında deyilir.

Qeyd edək ki, son məlumatlara görə şaxtada baş verən yanğın və partlayışlar nəticəsində 52 nəfər həlak olub. \\Axar