Rusiyada Qərbdən kritik asılılıq səbəbindən neft hasilatının çökməsi gözlənilir

2023-03-03 21:57:00

Rusiyada Qərbdən kritik asılılıq səbəbindən neft hasilatının çökməsi gözlənilir

Rusiya neft sənayesi Qərbin sanksiyaları altında yeni yataqlarda neft hasilatını inkişaf etdirmək və saxlamaq iqtidarında deyil - yerli istehsal texnologiyaları çox köhnəlib və Qərbin texnologiyalarının olmaması mövcud və gələcək layihələri təhdid edir. 

 

Hurriyyet.Az xəbər verir ki, bu barədə "Bloomberg” Ukraynadakı müharibəyə görə Rusiya bazarını tərk edən "McKinsey”in varisi "Yakov and Partners” konsaltinq şirkətinin araşdırmasına istinadən yazır .

 

Şirkət gözləyir ki, Qərb texnologiyaları əvəz edilmədən Rusiyada neft hasilatı azalacaq, 2030-cu ilə qədər 5-30% intervalında azalma olacaq. Azalma ildə 409 milyon ton və ya gündə təxminən 8,2 milyon barel təşkil edəcək. Müqayisə üçün qeyd ki, müharibədən əvvəl Rusiya gündə təxminən 11 milyon barel neft hasil edirdi.

 

"Yerli yüksək texnologiyalı neft xidmətlərinin olmaması 2030-cu ilə qədər hasilatın 20%-i üçün risklər yaradır", - "Yakov & Partners” analitikləri Andrey Streltsov və Gennadi Masakov bildirirlər. 

 

"McKinsey"in varisləri hesab edirlər ki, ənənəvi neft quyularının əhəmiyyətli bir hissəsi xarici şirkətlərin ölkəni tərk etməsi nəticəsində zərər görməyəcək, lakin Rusiyada onların sayı getdikcə azalır və resursları məhduddur. Çətin hesab edilən yeni yataqların işlənməsi üçün Rusiya texnologiyaları kifayət deyil. Şirkət məlumatlara istinad edərək bildirir ki, hidravlik sındırma texnologiyasından istifadə edən layihələrin təxminən 52%-nin "dost olmayan ölkələrin” xarici texnologiyalarından asılıdır. Dənizdə hasilatdan söhbət gedəndə vəziyyət daha da ağırlaşır, burada xarici texnologiyaların payı artıq 80%-ə, üzən qazma qurğularında isə hətta 90%-ə çatır.

 

Konsaltinq şirkəti qeyd edir ki, Rusiyanın ənənəvi neft ehtiyatları tədricən tükənir və bu, hasilat şirkətlərini çətin bərpa olunan yataqlara keçməyə məcbur edəcək, lakin səriştələrin və texnologiyaların çatışmazlığı nəinki hasilatın azalmasına, həm də bəzi ehtiyatların itirilməsinə gətirib çıxaracaq. 

 

"Yakov & Partners” hesablayıb ki, hazırda Rusiyada 1500-ə yaxın qazma qurğusu istifadə olunur, onların 40%-i (600 ədəd) artıq ciddi şəkildə köhnəlib. Streltsov və Masakov belə qənaətə gəlirlər ki, sənayenin gələcək inkişafı üçün Rusiya, qazma qurğuları parkını əhəmiyyətli dərəcədə təkmilləşdirməli olacaq.

 

Qeyd edək ki, Rusiya hakimiyyəti mart ayında ümumi neft hasilatının sutkada 500 min barel azalacağını açıqlayıb. Moskva iddia edir ki, bu, beynəlxalq neft bazarını sabitləşdirmək üçün lazım olan planlaşdırılmış bir azalmadır. Qərb ekspertləri hesab edirlər ki, Moskva nefti sanksiyalar səbəbindən müştərilərinə sata bilmədiyi üçün azaldır. \\Qaynarinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144775