Rusiyada polislərə hücum edildi - 2 ölü, 4 yaralı
2024-04-29 10:55:30

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında silahlı şəxslər yol polislərinə hücum edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb.
İnsident nəticəsində 2 polis həlak olub, daha 4 nəfər isə yaralanıb.
Bildirilir ki, polislərə hücum edən 5 nəfər cavab atəşi ilə zərərsizləşdirilib.
Qeyd edək ki, aprelin 22-də də Qaraçay-Çərkəz Respublikasında polislərə hücum edilmişdi. Zərərsizləşdirilən şəxslərin həmin hücumda iştirak etdiyi ehtimal olunur.
