Rusiyada müqaviləli hərbi xidmət üçün yaş məhdudiyyəti ləğv edildi
2022-05-25 19:52:00

Hurriyyet.az xəbər verir ki, Rusiyada müqaviləli hərbi xidmətdə yaş həddi ləğv edilib.
Yeni qanuna görə əmək qabiliyyətli yaş həddində (Rusiyada kişilər üçün 65 yaş hesab edilir) olan ölkə vətəndaşları və xarici vətəndaşlar müqaviləli hərbi xidmət edə bilərlər. İndiyə qədər rusiyalıları 40 yaşına, əcnəbilər isə 30 yaşına qədər müqaviləli hərbi xidmət edə bilərdilər.
Qeyd edilir ki, bu addımı atmaqda məqsəd tibb işçilərini və mühəndisləri hərbi sahəyə cəlb eləmək üçün məhduiyyətləri aradan qaldırmaqdır.
Qanun layihəsinə əlavədə bildirilir ki, “yüksəkdəqiqlikli silahdan, hərbi texnikadan istifadə üçün yüksək peşəkarlığa malik mütəxəssislər lazımdır. Təcrübə göstərir ki, bu peşəkarlıq 40-45 yaşlarında əldə edilir”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya