Rusiyada Merin müavini həbs edildi - SON DƏQİQƏ
2024-08-28 23:50:11
Moskvanın Basmannı məhkəməsi Sevastopol qubernatorunun keçmiş müavini Yevgeni Qorlovu iki ay müddətinə həbs edib.
Bu barədə çərşənbə günü, avqustun 28-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Onun sözlərinə görə, keçmiş məmur Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 290-cı maddəsinin ("Xüsusilə külli miqdarda rüşvət almaq") 6-cı hissəsi ilə ittiham olunur.
Bundan əvvəl, avqustun 6-da Sevastopol qubernatoru Mixail Razvojaev Qorlovu işdən çıxarmışdı . Mer vurğulayıb ki, korrupsiyanın istənilən təzahürü mütləq cəzalandırılacaq. \\32gun.az