Saat:21:09
Haqqımızda

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsi təsdiqləndi

2024-11-28 22:38:51

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsi təsdiqləndi

Rusiya Federasiya Şurası, kriptovalyuta mədənçiliyi və ticarəti üçün yeni vergi qanun layihəsini təsdiqləyib.  

Valyuta.Az "The Block"a istiadən xəbər verir ki, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası, kriptovalyuta əməliyyatlarını və mədənçiliyini vergiyə cəlb edən və kriptovalyutaları Rusiya Daxili Gəlirlər Məcəlləsi çərçivəsində əmlak kimi təsnif edən qanun layihəsini təsdiqləyib.  

Bu qanun layihəsinə əsasən, kriptovalyuta mədənçiliyi və satışı əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.  

Layihəyə görə, mədənçilik şirkətləri istifadəçi məlumatlarını səlahiyyətli qurumlara təqdim etməlidir. Bundan əlavə, mədənçilikdən əldə olunan gəlirlər şəxsi gəlir kimi vergiyə cəlb olunacaq və bu gəlirlərə 13% vergi tətbiq ediləcək. 2025-ci ildən etibarən illik gəliri 2,4 milyon rublu (28 800 ABŞ dolları) aşan şəxslər üçün vergi dərəcəsi 15%-ə yüksələcək.  

Həm aşağı, həm də yuxarı palatalardan keçən bu qanun layihəsinin qanuna çevrilməsi üçün Prezident Vladimir Putinin imzası gözlənilir.  

Məlum olduğu kimi, son vaxtlar kriptovalyutalar Rusiyanın gündəmindədir. Xüsusilə qış aylarının yaxınlaşması ilə bəzi bölgələrdə, o cümlədən işğal altındakı Ukrayna ərazilərində kriptovalyuta mədənçiliyinin qadağan ediləcəyi bildirilib.  

Bu çərçivədə Rusiya rəsmiləri, qış mövsümünə hazırlıq məqsədilə elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün bəzi bölgələrdə kriptovalyuta mədənçiliyini qadağan edəcəklərini açıqlayıblar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.284810