Rusiyada iqtisadi artım tempi ABŞ-ı qabaqladı - Putin
2025-02-07 20:06:58
.jpg)
Rusiyada iqtisadi artım tempi təkcə ilkin proqnozlardan deyil, həm də ABŞ və digər inkişaf etmiş iqtisadiyyatlardakı artım tempindən yüksək olub.
Bunu Rusiya Prezidenti Vladimir Putin hökumət başçısı Mixail Mişustinlə görüşündə deyib.
“Mixail Vladimiroviç, bizim iqtisadi artım templərimiz nəinki öz proqnozlarımızdan, hətta dünya səviyyəsindən də yüksək oldu”, - Putin söyləyib.
Putin qeyd edib ki, ABŞ-da son bir ildə iqtisadi artım 2,8 faiz təşkil edib ki, bu da ümumilikdə “yaxşı göstəricidir”.
O, Fransada 1,1 faiz, Almaniyada isə iqtisadi artım tempinin 0,2 faiz təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, ötən il Rusiyada inflyasiya 9,52% təşkil edib. Ölkə ÜDM-sinin inkişafı isə 4,1 faiz təşkil edib. \\Axar.Az
