Saat:12:13
Haqqımızda

“Rusiyada hərbi vəziyyət elan olunsun” – Kadırov daha qəddar olmağa çağırır

2023-05-31 16:55:00

“Rusiyada hərbi vəziyyət elan olunsun” – Kadırov daha qəddar olmağa çağırır

“Bu cür hücum cəhdlərinə cavab daha sərt və qəddar olmalıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Çeçenistan lderi Ramzan Kadırov ötən gün Moskva şəhərinə edilən PUA hücumlarıyla bağlı danışarkən deyib.

Kadırov qeyd edib ki, Rusiyada hərbi vəziyyət elan olunmalıdır:“Mənim fikrimcə, Rusiyada hərbi vəziyyət elan etmək lazımdır. Nəzərdə tutulan döyüş resurslarından istifadə etməklə, bütün bu terror yuvasını (Ukrayna-red.) bir anda siməliyik”.

Kadırov növbəti dəfə Ukraynada “nasist” və “satanist” liderlərin olduğunu iddia edib:“Bu terrorçu liderlərin toplandığı yerləri heç bir şey qalmayana qədər vurmalıyıq ki, qalanlar belə Rusiya haqqında pis düşünə bilməsinlər”.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR