Saat:09:45
Haqqımızda

Rusiyada daha heç vaxt “Formula-1” yarışları keçirilməyək

2022-08-18 20:23:00

Rusiyada daha heç vaxt “Formula-1” yarışları keçirilməyək

Hurriyyet.az xəbər verir ki, “Formula-1” rəhbərliyi bir daha heç vaxt Rusiyada yürüş keçirməyəcək. Bu barədə məlumatı “Formula-1” yarışlarının icraçı direktoru Stefano Domenikali “Bild Sport” nəşrinə müsahibəsində verib. O, “Formula-1” üçün pulun çox vacib olduğunu, lakin yürüş rəhbərliyinin yalnız pulu əsas hesab eləmədiyini deyib.

Domenikali deyib: “Həmişə deyirəm ki, heç vaxt heç vaxt demə. Hazırda deyə bilərəm ki, biz daha heç vaxt Rusiya Qran-prisinin təşkilatçıları ilə danışıq aparmayacağıq. Orada daha yürüş keçirilməyəcək”.

Xatırladaq ki, 2022-ci ilin martında “Formula-1” rəhbərliyi Ukraynada hərbi əməliyyatlar apardığı üçün Rusiya ilə müqaviləsinin ləğv edildiyini söyləyib.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR