Rusiyada daha bir milyona yaxın insan səfərbər edilə bilər - Alman kəşfiyyatı

2023-02-22 11:58:00

Rusiyada daha bir milyona yaxın insan səfərbər edilə bilər - Alman kəşfiyyatı

Rusiyada daha bir milyona yaxın insan səfərbər edilə bilər. Bu barədə Almaniya Kəşfiyyatının rəhbəri Bruno Kal açıqlama verib.

Kalın sözlərinə görə, Rusiyanın səfərbərlik potensialı bir milyon nəfərə qədərdir və Putin danışıqlara hazır olmadığına görə, lazım gələrsə, bu sayda insan müharibəyə çağırıla bilər.
Kal əlavə edib ki, bunker diktatoru döyüş meydanından istifadə etməyə çalışmağa davam edəcək, çünki onun açdığı müharibə Moskvanın gözlədiyi kimi olmayıb. O vurğulayıb ki, Ukraynanın uğuru Qərbin davamlı dəstəyindən asılı olacaq.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.199172