Saat:03:10
Haqqımızda

Rusiyada benzin böhranı - Qazaxıstandan benzin istəyib

2024-04-12 11:38:03

Rusiyada benzin böhranı - Qazaxıstandan benzin istəyib

Rusiya yanacaq çatışmazlığı vəziyyətində 100 min ton benzin tədarükü tələbi ilə Qazaxıstana müraciət edib.

Hurriyyet.az bildirir ki, bu barədə “Reuters” bir neçə mənbəyə istinadən yazıb. Həmsöhbətlərdən biri bildirib ki, sövdələşmə artıq razılaşdırılıb.

Qazaxıstan hakimiyyəti bu məlumatı təkzib edib.

"Rusiya Energetika Nazirliyindən belə bir sorğu daxil olmayıb", - deyə "İnterfaks" Qazaxıstanın energetika nazirinin müşaviri Şinqis İlyasovun sözlərinə istinadən bildirib.

Rusiyada həftəlik benzin və dizel yanacağının istehsalı Ukraynanın pilotsuz təyyarələrin neft emalı zavodlarına hücumları səbəbindən azalmağa davam edir. Rosstatın məlumatına görə, Rusiyada martın sonuna benzin istehsalı 14%, dizel yanacağı isə 7% azalıb.

Daxili bazarda yanacaq qıtlığı riski ilə əlaqədar Rusiya Belarusdan benzin alışını kəskin şəkildə artırıb. Əgər fevralda Rusiya 590 ton Belarus benzini idxal edibsə, martda bu, artıq üç min ton olub.

Bloomberg yazıb ki, Rusiya dəniz dizel yanacağının ixracını 5 aylıq minimuma endirməyi planlaşdırır.

Mart ayında “Rosneft”in Ryazan neft emalı zavodu və Nijni Novqorod vilayətindəki Kstovodakı “Lukoyl” zavodu kimi obyektlərə hücum edilib. Hər ikisi Rusiyanın ən böyük 10 neft emalı zavodundan biridir və Moskvanı benzinlə təmin edir.

Krasnodar vilayətindəki Slavyanski neft emalı zavodu və Samara vilayətindəki Sızran və Kuybışev neft emalı zavodlarına da hücum edilib.

Ümumilikdə, ilin əvvəlindən Rusiyanın 10 regionunda 15 neft emalı zavoduna hücum edilib. Onların ümumi emal gücü ildə 192 milyon ton neft təşkil edir. Rəsmi Kiyev Rusiya neft zavodlarına edilən hücumlara görə məsuliyyəti üzərinə götürməyib.

Bizimxeber.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.180082