Saat:10:54
Haqqımızda

RUSİYADA AZƏRBAYCANLILARIN TİCARƏT BAZASINA NÖVBƏTİ HÜCUM – Voronejdə 11 avtobus dolu azərbaycanlı məcburi müharibəyə göndərildi / Yenilənir

2025-06-30 14:37:54

RUSİYADA AZƏRBAYCANLILARIN TİCARƏT BAZASINA NÖVBƏTİ HÜCUM – Voronejdə 11 avtobus dolu azərbaycanlı məcburi müharibəyə göndərildi / Yenilənir

Rusiyanın Voronej vilayətində yerli OMON qüvvələri tərəfindən azərbaycanlılara qarşı növbəti əməliyyat keçirilib.

Hurriyyet.az Rusiyadakı mənbələrə istinadən xəbər verir ki, polislər azərbaycanlıların Voronejdə yerləşən topdansatış ticarət bazasına hücum ediblər. Mənbə deyir ki, 90 faizi azərbaycanlı olan baza əməkdaşları məcburi qaydada avtobuslara doldurulub. Ümumilikdə, 11 avtobusa doldurulan yüzlərlə soydaşımız məcburi qaydada Ukrayna ilə müharibəyə göndərilib.

Jalə FAMİLQIZI

Hurriyyet.az

P.S. Az əvvəl aldığımız məlumata əsasən, daxildəki müqavimətlərin artmasından və rəsmi Bakının etirazından sonra Voronejdə saxlanılan azərbaycanlıların bir çoxu sərbəst buraxılıb. Lakin onlar qarşısında şərt qoyulub ki, könüllü olaraq müharibəyə getməkdən imtina edəcəklərsə, ölkədən deport olunacaqlar. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.354942