Saat:15:26
Haqqımızda

Rusiyada avtomobil ehtiyat hissələri tapılmır – BAHALAŞMA

2022-10-03 21:22:00

Rusiyada avtomobil ehtiyat hissələri tapılmır – BAHALAŞMA

Rusiyada avtomobil ehtiyat hissələri bazarında qıtlıq və bahalaşma müşahidə edilir. 

Rusiyada avtomobillərin ön şüşələri, kuzov hissələri, mühərriklər, yağ və yanacaq filtrləri tapılmır. Eyni zamanda sanksiyalar səbəbindən üçüncü ölkələrdən ehtiyat hissəslərini idxal etmək də mümkün deyil.

Ehtiyat hissələrinin çatışmazlığı qiymətlərə də təsir edir. Bu ilin yanvarından Rusiyada ehtiyat hissələrinin qiyməti 35-65 faiz artıb. Bu tendensiya avropalı istehsalçıların ölkədən getməsi, qeyri-sabit valyuta məzənnəsi, eləcə də daha mürəkkəb logistika ilə bağlıdır.

Əhəmiyyətli qıtlıq yaşayan brendlər arasında “Ford”, “Subaru”, “Suzuki”, “Renault”, həmçinin “Audi”, “Mazda” və “Volvo” var. Daha çətin vəziyyət bahalı avtomobillərlə bağlıdır. “BMW”, “Mercedes-Benz”, “Jaguar”, “Land Rover”, həmçinin “Volvo”, “Lexus” və “Porsche” hissələrinin qiyməti daha çox artıb.

Çatışmazlıq səbəbindən avtomobil sahiblərinə avtomobilləri işlənmiş orijinal ehtiyat hissələri ilə təmir etmək təklif olunur. Rusiyada avtomobil bazarının iri ticarətçiləri ilin sonuna qədər ehtiyat hissələrinin daha 15 faiz bahalaşacağını gözləyirlər.\\Sfera.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR