Saat:17:11
Haqqımızda

Rusiyada ağlasığmaz olay - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar FOTO

2022-01-22 09:46:00

Rusiyada ağlasığmaz olay - Ramzan Kadırova tabe polislər keçmiş hakimin arvadını oğruladılar FOTO

Rusiyada bu ilin yanvar ayının 20-də ağlasığmaz hadisə baş verib.

Hurriyyet.az “Novaya qazeta” qəzetinə istinadən xəbər verir ki, silahlı adamlar Nijni-Novqorod şəhərində Çeçenistan Ali Məhkəməsinin keçmiş hakimi, Ramzan Kadırovun düşməni Saydi Yanqulbayevin evinə soxularaq onu arvadını oğurlayıb aparıblar.

Bu barədə Rusiyanın “İşgəncələr əleyhinə komitə” adlı təşkilatı (hazırda Rusiyada fəaliyyəti qadağandır-red.) məlumat yayıb.

Qeyd etmək lazımdır ki, silahlı şəxslər guya əllərində hansısa sənəd göstərərək, Rusiya Daxili işlər nazirliyinin Qroznı şəhər idarəsinin sərəncamı ilə gəldiyini göstəriblər. Onların hədəfi əslində Saydi Yanqulbayev olub.

Silahlı şəxslər Çeçenistan Ali məhkəməsinin sabiq sədrinin arvadını qaçırıb  - FOTO - Editor.az

Sənədin saxtalığını təsbit edən keçmiş hakim həmin adamları evə buraxmaq istəməyib. Bu zaman silahlı şəxslər evə zorla soxularaq gözünün önündə arvadı Zarema Musayevanı döyüb, daha sonra evdən çıxarıblar. Saydi Yanqulbayevin toxunulmazlığa malik olması onu eyni aqibətdən xilas edib.

Hadisəyə münasibət bildirən Ramzan Kadırov telegram kanalda bunları yazıb: Nə olursa olsun, bildirirəm ki, bu ailəni ya həbsxana, ya da yeraltı gözləyir. Və bu artıq məndən asılı deyil. Mən cəmiyyətdəki əhval-ruhiyyəni bilirəm. Nə qədər ki, heç olmasa bir çeçen sağdır, bu ailənin üzvləri daha sərbəst həyatdan həzz ala bilməyəcəklər. Bunu həmişə xatırlayın, Yanqulbayevlər”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR