Saat:15:24
Haqqımızda

Rusiyada ağır qəza - 3 azərbaycanlı öldü - FOTO

2025-05-31 11:28:14

Rusiyada ağır qəza - 3 azərbaycanlı öldü - FOTO

Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 30-da Rusiya Federasiyasının Şimali Osetiya ərazisində baş verib. "LADA Priora" və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.

Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.

Qazax rayonunun Daş Salahlı kənd sakinləri - 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.

Qəzada həlak olan digər həmyerlimiz isə Ağstafa rayonunun Muğannı kənd sakini, 2000-ci il təvəllüdlü Ceyhun Arif oğlu Məmmədovdur.

Rusiyada ağır qəza - 3 azərbaycanlı öldü (FOTO)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.256460