Saat:22:37
Haqqımızda

Rusiyada 6 azərbaycanlı belə saxlanılıb - Video

2025-01-22 20:55:57

Rusiyada 6 azərbaycanlı belə saxlanılıb - Video

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tverdə saxta tütün və spirtli içkilərin satışı ilə məşğul olan cinayətkar qrupun fəaliyyətini dayandırıblar.

Bu barədə Rusiya təhlükəsizlik qüvvələri məlumat yayıb.

Məlumatda bildirilib ki, əməliyyat nəticəsində 6 azərbaycanlı saxlanılıb. Onların uzun müddətdir ki, Tverdə və rayonun bir sıra yerlərində etiketsiz tütün və alkoqollu məmulatların satışı ilə məşğul olduğu qeyd edilir.

Əməliyyat Tverdə Komintern küçəsində və Tsanova bulvarındakı anbarlarda keçirilib.

Yüz milyonlarla rubl dəyərində məhsullar ələ keçirilib.

Müsadirə edilən əşyalar arasında araq, viski, konyak və tekila qutuları olub.

Faktla bağlı saxta məhsulların satışı maddəsi ilə cinayət işi başlanıb. 

 

Ölkə.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.256372